Erməni təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan zabiti dəfn edilib 28 03 2016

 

 Ötən gün Azərbaycan - Ermənistan sərhədinin Qazax rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun zabiti Qalib Laim oğlu Zülfüqarlı dəfn edilib.

 

Dünyatv.az APA-ya istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Qalib Laim oğlu Zülfüqarlı bu gün doğulduğu Lənkəran rayonunun Vilvan kəndində torpağa tapşırılıb.

 

Dəfn mərasimində kənd sakinləri, rayonun icra strukturlarının nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

 

Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

  • Müəllif: Ali
  • Tarix 28-03-2016, 08:59
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 672
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac