dunyatv.az
CANLI YAYIN

Sabah ölkə ərazisində yağışlı və küləkli hava proqnozlaşdırılır 28 03 2016

28-03-2016, 09:03

Sabah ölkə ərazisində yağışlı və küləkli hava proqnozlaşdırılır 28 03 2016

 

Martın 29-da Bakıda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

 

Dünyatv.az Apa-ya istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz  8-12 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa kimi yüksələcək.Nisbi rütubət gecə 85-95% təşkil edəcək.             

 

Martın 29-da Azərbaycanın rayonlarında arabir yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi, yağışın bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

 

Martın 29-30-da Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.


Oxunub: 1 323

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.