Şəki ikinci şəhidini torpağa verdi 05 04 2016


Azərbaycan ordusunun şəhid olan digər əsgəri, 1993-cü il təvəllüdlü Süleymanov Vüqar Natiq oğlu bu gün doğulduğu Şəkinin Böyük Dəhnə kəndindəki məzarlıqda torpağa tapşırılıb.

Dünyatv.az Milli.Az-a  istinadən xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şəki şəhər İcra Hakimiyyəti, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Vüqar Süleymanov cəbhənin ön xəttində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Vüqar Süleymanov Bakı Slavyan Universitetinin məzunu idi.

  • Müəllif: Ali
  • Tarix 5-04-2016, 12:47
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 498
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac