Şəhidin nəşi Kürdəmirdən Bakıya göndərildi 11 04 2016


Dünyatv.az Milli.Az -a istinadən xəbər verir ki, Mİ-24 helikopterinin Ermənistan silahlı qüvvələri tərəfindən vurulması nəticəsində qəhrəmancasına həlak olan 26 yaşlı  Abubəkir İsmayılovun meyidi Kürdəmir rayonuna gətirilib. Şəhidin cənazəsinin ailəsinə təhvil verilməsi mərasimi böyük izdihamla keçib. Şəhidin nəşi vida mərasimi keçirildikdən sonra dəfn edilməsi üçün Bakı şəhərinə yola salınıb. Abubəkir İsmayılov Müdafiə Nazirliyinin Təlim Tədris mərkəzində keçirilən vida mərasimindən sonra 2-ci Fəxri xiyabanda dəfn olunub. 

Abubəkir İsmayılov Mi-24 helikopterində bort texniki işləyib. Onunla birgə digər 2 ekipaj üzvü düşmənin xeyli qüvvəsini məhv etdikdən sonra qəhrəmancasına həlak olublar. Lələ təpə yüksəkliyinin alınmasında onların xidməti misilsizdir. Digər şəhidimiz, 24 yaşlı Tural QurbanovKürdəmirin Sığırlı kədnində torpağa tapşırıldı. Şəhidin ruhuna dualar oxundu. Şəhid kənddəki məzarlıqda dəfn edildi. Daha sonra yaylım atəşi açıldı. Şəhidimizin tabutunun büküldüyü üçrəngli bayrağımız atasına təhvil verildi. 24 yaşlı Tural Qurbanov müddətdən artıq xidmət keçən hərbi qulluqçu olub.


  • Müəllif: Ali
  • Tarix 11-04-2016, 14:04
  • Bölmə: Ana səhifə / Dunyatv / Xəbərlər
  • Baxılıb: 376
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac