dunyatv.az
CANLI YAYIN

14 ölkə Avropa çempionatından kənarlaşdırıldı 16 04 2016

16-04-2016, 10:50

14 ölkə Avropa çempionatından kənarlaşdırıldı 16 04 2016

 

Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası (FİBA) 14 ölkəni 2017-ci il Avropa çempionatından kənarlaşdırıb.

Dünyatv.az Milli.Az-a istinadən xəbər verir ki, bunlar Rusiya, Serbiya, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Monteneqro, İspaniya, Türkiyə, Litva, Yunanıstan, İtaliya, İsrail, Makedoniya və Polşadır.

Səbəb kimi həmin ölkələrin klublarının Avropa Basketbol Liqaları Birliyinin (ULEB) keçirdiyi Avroliqa və Avropa Kuboku turnirlərində iştirakları göstərilib. FİBA onların öz bayrağı altında keçirilən Çempionlar Liqasına qatılmalarını istəyir.

Qərara əsasən, bu ölkələr 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından da kənarda qalacaq.


Oxunub: 821

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.