dunyatv.az
CANLI YAYIN

Saçlara qulluq maskaları

22-04-2014, 15:04


 

 

 

 

Saçlara qulluq maskaları

 

 

 

 

 

 


Saçın bəslənməsi üçün
1 yumurta sarısı, 1 çay stəkanı dəmlənmiş çay, 1 xörək qaşığı badam yağı və 2 damcı limon suyunu bir qabda qarışdırın. Saçınızın diblərinizə sürtün. 10-15 dəqiqə gözləyib şampunla yuyun.
2 xörək qaşığı limon suyu və ya sirkəni 4 stəkan suya əlavə edin və bu suyu bir qədər ilıqladın. Saçlarınızı yuduqdan sonra bu qarışıqla durulayın. 

Saçlarınızı daha yaxşı təmizləmək və parlaq görünüş vermək üçün
1 fincan sıxılmış limon suyu və ya sirkə
Saçlarınızı şampunladıqdan sonra bir fincan limon suyu və ya sirkəni saçlarınıza töküb, saçın diblərinə yaxşıca masaj edin. Ardından saçlarınızı su ilə durulayın. Saç kremi(balzam) sürtün və yuyun. Bu, saçlarınızın daha yaxşı təmizlənməsinə və parlaq görünməsinə kömək edir. Bu maskanı 3 həftədən bir təkrarlamağınız məsləhət görülür. 

Yıpranmış saçlar üçün
1 ədəd banan 
Bir neçə damcı badam yağı
Əzilmiş bananı badam yağıyla qarışdırın və saçınızın diblərinə masaj edərək sürtün. 15 dəqiqə saçınızda saxladıqdan sonra, su ilə durulayın. Sonra şampunlayıb saç kremi sürtün. 

Quru saçlar üçün
Bir xörək qaşığı bal 
Yarım fincan tam yağlı süd
Balla südü qarışdırıb saç dərisinə masaj edin və 15 dəqiqə saçınızda saxlayın. Şampunla yuyun.

Elektriklənən saçlar üçün
Bir xörək qaşığı balı bir litr suyla qarışdırın. Bunu saçınızı şampunladıqdan sonra istifadə edin

Qeyd:1xörək qaşiğı limon suyu,1x.q.şampun,1x.q.kastrovoe maslo(genəgərçek yağı)1x.q.yumurta-hamısı qatışdırırsız,maskanı sürtürsüz saçlarınızın dibindən düz ucuna kimi,sonrada 1 ve ya 2saat saxlayirsiz başınızda.Həfdədə 1defe,yada 2həfdədən bir istifadə edirsiniz.Amma təmiz saclara sürtün maskanı

İsti yağ müalicəsi
Qurumuş və zədələnmiş saçları ən yaxşı canlandırma üsulu zeytunyağı müalicəsidir. Saçlarınıza parlaqlıq vermək və bəsləmək üçün 2 yemək qaşığı zeytunyağını isidin. Bunu yavaş yavaş bütün saç dərinizə yedirin. İsti suda islatdığınız bir dəsmalı sıxdıqdan sonra türban kimi başınıza bağlıyın. Dəsmal soyuyarkən bu əməliyyatı iki və ya üç dəfə təkrarlayaraq başın yağı yaxşıca çəkməsini təmin edin. Sonra saçlarınızı yuyaraq yaxşıca durulanın. Bu xüsusilə tez qırılan saçlar üçün çox faydalıdır.


Zeytunyağı və bal müalicəsi
Yarım çay fincanı zeytunyağıyla bir çay fincanı süzmə balı qarışdırın. Bu mayeni yaxşıca qarışdırıb çalxalayın və bir neçə gün saxlayın. Daha sonra bu qarışığı baş dərisinizə ovaraq və darayaraq yedirin. Başınıza bir neylon torba keçirərək başın istiliyini qoruyun. Qarışığı başınızda yarım saat gözlətdikdən sonra saçlarınızı bol suyla yuyun. Bu əməliyyat tünd rəng saçların işıltılı bir hal alıb, parıldamasını təmin edəcək. 


Zülal müalicəsi
Yumurta ilə ediləcək zülal müalicəsi hər növ saç üçün uyğundur. İki yumurtanı çırpın və içinə yavaş yavaş bir yemək qaşığı zeytunyağı bir yemək qaşığı qliserin və bir yemək qaşığı sirkə (mümkünsə alma sirkəsi) əlavə edin. Saçınızı bir dəfə şampunladıqdan sonra saçlarınıza bu qarışığı sürüb 15-20 dəqiqə gözləyin. Saçlarınızı yaxşıca yudugdan sonra saçlarınızın çox qısa müddətdə canlandığını hiss edəcəksiniz.

Bəsləyici maska
1 yumurta sarısı, 1 stəkanı dəmlənmiş çay, 1 yemək qaşığı badam yağı və yarım limon suyunu bir qabda qarışdırın. Saç diblərinizə sürüb masaj edərək yaxşıca yedirin. 10-15 dəqiqə gözləyib şampunla yuyun. 


Kəpəkli saçlar üçün
2 yemək qaşığı limon suyu və ya sirkəni 5 stəkan suya əlavə edib isitin. Saçlarınızı yuduqdan sonra bu qarışıqla yaxalayın. 
Dərininə təmizlik və parlaq görünüş üçün
Saçlarınızı şampunladıqdan sonra bir fincan limon suyu ya da sirkəni saçlarınıza töküb, masaj edərək yaxşıca yedirin. Ardından saçlarınızı yaxalayın. Saç kremi ulə və yuyun. Bu, saçlarınızdakı bütün çirki götürər və saçlarınıza parlaqlıq verər. Bu üsulu iki həftədən tez təkrarlamayın.


Quru və normal saçlar üçün maskalar
Çörək maskası
- Qara çörəyin içini 2 saatlıq qaynar suda islat. Alınmış horranı saçlarının dibinə sürt və 1 saat gözlə. Sonra isə saçları axar suyun altında yu.

Bal maskası
- 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloye şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdır. Alınmış qarışığı saçlarna sürt və 20 dəqiqə gözlə. Sonra saçlarını şampunla yu.

Yumurta: 2 ədəd yumurtanı çal, saçlarını ilıq (isti yox) su ilə islat və qarışığı sürt. 5-7 dəqiqədən sonra saçlarını şampunla yu.
Nəticə: Saçlar daha yumşaq və parlaq olur.

Araq: saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni proporsiyada götür və saçlarını yu.


Yağlı saçlar üçün maska
Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır, saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar; gözəllik qurban tələb edir.

Qeyd:- Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çək. Sonra başı polietilen papaq və dəsmalla ört. Yarım saatdan sonra saçları yu.

Saçları qalın və hamar edən maska
Eyni proporsiyada aşağıdakı komponentləri qarışdır:
- Bal 
- Konyak
- Zeytun yağı
Maska saça 10 gündə bir dəfə çəkilir. Qarışığı saçlara yaxşıca sürt, başı polietilen papaqla və dəsmalla bağla. 1,5-2 saat gözlə.Daha sonra saçları şampunla yu. Ən sonda isə saçları ilıq suya əlavə edilmiş limon turşusu ilə yaxala. Uzunmüddətli maska olsa da, nəticə ürəkaçan olacaq. Saçlar qalın və hamar görünəcək.

Bütün saç növləri üçün maskalar
- Ortaölçülu qara turpu sürtkəcdən keçir. Şirəni süz və saçlarına sürt. Onları dəsmalla ört və 30-40 dəqiqə gözlə. Sonra saçlarını şampunla yu. Nəticə özünü çox gözlətməyəcək. Sınanılıb!

Zədələnmiş saçlar üçün maska
- Eyni miqdarda götürülmüş badam, gənəgərçək və zeytun yağını qarışdır.
Hər 50 ml qarışığa 1 xörək qaşığı yağ şəklində olan E vitamini əlavə et. Hamısını yaxşıca qarışdır və lap az yuyulmuş saça sürt.
Maskanı 3-5 saat saxla, sonra isə şampunla yu. Sonda, saçlarını limon şirəsi ilə yaxala.

Qeyd:- Daha bir yaxşı üsul - ayıpəncəsi və gənəgərçək yağı (eyni proporsiyada) üzərinə 2 çay qaşığı limon şirəsini əlavə et.

Saçları parıltılı edən maska
Aşağıdakı komponentləri 
qarışdır:
- 1 ədəd yumurtanın ağı
- 1 xörəkqaşığı çətənə yağı
- 1 xörəkqaşığı badam və ya yoyoba yağı
- 1 xörəkqaşığı bal
- 1 xörəkqaşığı alma sirkəsi

Bütün inqridiyentləri qarışdır. Tərkib duru alınarsa, onda yarım çayqaşığı nişasta əlavə et. Maskanı saçlara sürt və dara. 15 dəqiqədən sonra, maskanı yumamaq şərti ilə, ikinci dəfə sürt və 2-3 saat gözlə. Vaxt tamam olduqdan sonra saçları şampun və kondisionerlə yu. Bu maska saçları parıltılı etmək üçün ən yaxşı vasitədir.

Qeydlər:
1.Saçı müntəzəm daramaq onların sağlamlığına yaxşı təsir göstərir. Uzun saçları gündə 2 dəfədən az olmamaq şərtilə daramaq lazımdır. Əvvəlcə onları qalındişli, sonra isə nazikdişli daraqla dara.

2.Saçları isti deyil, ilıq su ilə yumaq, bir az soyuq su ilə yaxalamaq lazımdır.

3.Saçların yumşaq və parlaq olmasını istəyirsənsə, onda qaynadılmış su ilə və ya 1 vedrə suya əlavə edilmiş 1 xörək qaşığı soda, yaxud borat turşusu ilə yu.

4.Qışda sıx baş geyimindən və saç düzümündən əlini üz. Saç soğanaqları qanla yaxşı təmin olunmadığına görə saçlar tökülməyə başlayır. 

5.Saçların qalın və gözəl olması üçün tərkibində silisium (yulaf yarması, çörək) və kükürd (yumurta, süd, qarabaşaq, darı yarması) olan ərzaqlarla qidalan.

6.Saçları yuyarkən saçın dibini yaxşı-yaxşı ovuşdurmaq lazımdır. Bu, saçların tonusunu və qoruyucu funksiyalarını artırır, eləcə də saçların follikul vəzisini möhkəmləndirir.

7. İlk növbədə, saçların sağlamlığına sinir sisteminin vəziyyəti təsir göstərir. Dəliliyin nə qədər çox tutursa, başında bir o qədər tükün azalır və saçların zəifləyir. Stresin profilaktikası üçün gecə yatmamışdan əvvəl pişikotu məhlulu iç.
Çalış saç ayırımını tez-tez dəyiş və tellərini uzanmasının əks istiqamətində qurulama.


Oxunub: 2 223

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.