dunyatv.az
CANLI YAYIN

Can Bonomo avtomobil qəzasına uğradı

22-04-2014, 16:57


 

Türkiyəni "Eurovision 2012” musiqi yarışmasında təmsil edən müğənni Can Bonomo avtomobil qəzasına uğrayıb.

Sun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzadan yüngül xəsarətlə qurtulan Bonomo ölümdən döndüyünü söyləyib:

"Allaha şükür ki, çox şey olmadı. Yüngül yaralanan yoldaşlar var. Amma ölümdən döndük”.

Çanakkaledə konsert verməyə gedən Can Bonomo və komandasının içində olduğu avtomobil sürücünün idarəetməsindən çıxıb və dəniz sahilindəki mühafizə dirəklərinə çırpılıb. Amma dənizə bir addım qala Can Bonoma və yoldaşları hadisədən salamat qurtula bilib.


 


Oxunub: 1 048

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.