Kürdəmir sakinin qonşusunun narkotikə görə öldürüb-VİDEO

Kürdəmir rayonunda narkotik üstündə amansız qətl hadisəsi törədilib. Hadisə ötən gecə Kürdəmir şəhərinin Cənub məhəlləsində qeydə alınıb. Rayon sakini, 36 yaşlı Emin Zeynalov şəxsi münasibətlər zəminində qonşusu, 58 yaşlı Möhkəm Rəhimovu bıçaqlayaraq qətlə yetirib. Qətli törədən Emin Zeynalov narkotik istifadəçisidir və o, tez-tez qonşusundan pul alaraq özü üçün narkotik maddə alırmış. Emin Zeynalov Möhkəm Rəhimovu öz evinə yeyib-içməyə qonaq dəvət edib.İki qonşu yeyib-içəndən sonra aralarında mübahisə yaranıb. Mübahisəyə səbəb isə Möhkəm Rəhimovun bu dəfə Emin Zeynalova narkotik almaq üçün 10 manat pul verməməsi olub. Emin Zeynalov mətbəx bıçağı ilə öz evində, yeyib-içdikləri süfrə arxasında Möhkəmin ürəyinə xəsarət yetirib. Möhkəm Rəhimov təcili və təxirəsalınmaz tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.Hadisəni törədən Emin Zeynalov tutularaq istintaqa təhvil verilib.Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


 

Kürdəmir sakinin qonşusunun narkotikə görə öldürüb-VİDEO

 Kürdəmir sakinin qonşusunun narkotikə görə öldürüb-VİDEO

 


  • Müəllif: Ali
  • Tarix 24-04-2014, 12:45
  • Bölmə: Dunyatv / Xəbərlər / Video
  • Baxılıb: 689
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Sayğac