Akio Kanai Azərbaycana növbəti humanitar missiyasına başlayıb-VİDEO

Tanınmış yapon alimi və 2006-cı il Nansen Qaçqın Mükafatının laureatı doktor Akio Kanai Azərbaycana növbəti humanitar missiyasına başlamışdır.Bugun doktor Kanai və onun 6 optometrist mütəxəssisdən ibarət heyəti İmişlidə pulszu göz müayinəsini həayata keçirib gözrmə qusuru olan məcburi köçkünlərə eynəklər paylanılıb.Bu, "Fuci Optikal”ın görmə qabiliyyətinin müayinəsi üzrə Azərbaycana 10-cu missiyasıdır. Missiya BMT QAK-ın aidiyyətində olan şəxslər - qaçqınlar, sığınacaq axtaran şəxslər və məcburi köçkünlər üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı həyata keçirir. Şirkət özünün humanitar fəaliyyətinə 1983-cü ildə Tailandda Hind-Çin qaçqınları arasında başlamışdır. Həmin vaxtdan "Fuci Optikal” Asiya, Avropa və Afrikanın altı ölkəsində qaçqınlar, məcburi köçkünlər və digər kövrək insanlar üçün 141 mindən artıq eynək ianə etmiş, bu ölkələrdən dördündə görmə qabiliyyətinin müayinəsi missiyaları həyata keçirmişdir. "Fuci Optikal” Azərbaycandakı missiyasının yerinə yetirilməsi üçün ötən 10 il ərzində 1,8 milyon dollaradək vəsait xərcləmişdir. 39 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı missiyasına natura şəklində ianə kimi ölkəyə gətirilmişdir.Yardım proqramı BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi və yerli hakimiyyət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Bu il "Fuci Optikal” 4 min eynək, eyni zamanda, görmə və eşitmə ilə əlaqədar digər əşyalar gətirmişdir və 2 minədək məcburi köçkün, qaçqın və digər kövrək insanı müayinə etməyi qarşıya məqsəd qoymuşdur. İmişlidə müayinələr yekunlaşdıqdan sonra Beyləqan, Xocavənd və Füzuli rayonlarında məcburi köçkünlər üçün göz müayinəsi həyata keçirmək üçün səfər davam ediləcək. Aprelin 28-də isə bu xidmət Bakı şəhərində qaçqınlar, məcburi köçkünlər və BMT QAK-ın aidiyyətində olan digər şəxslər üçün təşkil olunacaqdır.



  • Müəllif: Ali
  • Tarix 24-04-2014, 12:56
  • Bölmə: Dunyatv / Xəbərlər / Video
  • Baxılıb: 1 298
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Sayğac