Facebook-da daha bir rekord

Facebook-da daha bir rekord

 Dünyanın ən böyük sosial şəbəkəsi Facebook-un gəliri ilin birinci rübündə 72% artaraq 2,5 milyard dollara yüksəlib.

Dunyatv.az ANS PRESS-ə istinadən xəbər verir ki, şirkətin gəliri 642 milyon dollara çatıb. Facebook-un mobil xidmətlər üçün daha çox reklam şirkətini cəlb etməsi gəlirlərini xeyli artırıb. Şirkətin mənfəəti bu ilin ilk rübündə ötən illə müqayisədə 193% artaraq 219 milyon dollardan 642 milyon dollara yüksəlib. Bu göstəricilərdən sonra isə Facebook-un səhmlərinin dəyəri 4% artıb.

Facebook-dan verilən məlumata görə, gəlirlərinin 59%-i mobil reklam gəlirlərindən ibarətdir. Ötən il isə bu rəqəm 30% civarında olub. Facebook-un qurucusu Mark Zukerberq şirkətin güclü olduğunu və böyüdüyünü ifadə edərək 2014-cü ilə çox yaxşı başladıqlarını bildirib. Mark həmçinin qeyd edib ki, şirkətin missiyasını reallaşdırmaq üçün çox yaxşı vəziyyətdədirlər. 

Qeyd edək ki, sürətli mobil mesajlaşma xidmətində fəaliyyətini genişləndirmək istəyən Facebook bu ilin fevral ayında aylıq təxminən 450 milyon istifadəçisi olan WhatsApp-ı 19 milyard dollara satın alıb. Ümumilikdə 1,2 milyard istifadəçiyə sahib olan Facebook, WhatsApp-ı ayrı bir xidmət təmin edicisi olaraq istifadə etməyə davam edəcəyini açıqlayıb.


 


 


  • Müəllif: Ali
  • Tarix 24-04-2014, 19:15
  • Bölmə: Dunyatv / Xəbərlər
  • Baxılıb: 772
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Arxiv
Sayğac