Özünə inamı artıran daş - Yaqut

 

 

 

Almaz, zümrüd və sapfirdən başqa, ən qiymətli daşlardan biri də yaqutdur. Corundum qrupundan olan yaqut, hexagonal kristal sisteminə malikdir. Sərtlik dərəcəsi 9-dur və sərtlik dərəcəsinə görə almazdan sonra sapfirlə birlikdə ikinci sıradadır.

Xüsusilə gözəlliyi, sərtliyi, işıltısı və çətin tapılmasına görə almazdan sonra ən bahalı daşdır. Struktur görünüşü şəffafdır. Təbii halda göstərişsiz bir daşdır, lakin kəsilib cilalandığında, almaz qədər göz alıcı olur. Yaqut daşının ərimə nöqtəsi 2050° C -dir. Yaquta qırmızı rəngini, içindəki xrom elementi verir. Yaqut hər cəhətdən möhkəm bir daş olduğu üçün çox dəfə yüksək istiliyə məruz qaldıqda rəng tonu və aydınlığı artırılar.

Qurani - kərimdə adı keçən 3 qiymətli daşdan (inci, mərcan, yaqut) biridir. Bir zatımızın hüsnxətt sənətində bu beyt tapılıb: ''Məhəmməd də (s.ə.v) bir insandır, amma digər insanlar kimi deyildir. Əksinə, O, daşlar arasında yaqut kimidir''. Bu beytdə əsl məqsəd Peyğəmbər Əfəndimizi tərif etməklə birlikdə, yaqutun digər daşlar arasındakı əhəmiyyətini və dəyərini də bildirir.
Qərbdə isə yaqut daşının krallıqda ancaq əsilzadələrin istifadə etməsinə icazə verilmişdir.
Çox qədim çağlardan günümüzə qədər, müalicə məqsədiylə də istifadə edilən bir daşdır. Xüsusilə ağıl xəstəliklərinin müalicəsində, vəba xəstəliyindən və ya zəhərlənmədən qorunmaq üçün istifadə edilmişdir.
Yaqut xüsusən eşq və gözəllik üçün tilsim qəbul olunmuş və istifadə edilmiş bir daşdır. Hindistanda daşların əfəndisi olaraq xatırlanır.

Çıxarıldığı ölkələr:

Birma, Əfqanıstan, Pakistan, Vyetnam, Tayland, Hindistan, Avstraliya, Rusiya və Amerikadır.

Yaqut daşının faydaları:

İnsana özünə inam və cəsarət verər. Özü ilə barışıq olmasını təmin edər. Daxili gücü artırar. Duyğular üzərinə təsir edərək sevgini motivasiya edər. Cinsi istəyin həddindən artıq olmasını nizamalayır. Qan dövranı və immunitet sistemində müsbət təsirləri vardır. Ağıl xəstəliklərinə qarşı qoruyucu olduğu və fayda verdiyinə inanılır. Hissləri qüvvətləndirər. Cinsi iqtidarsızlığı aradan qaldırır. Yüksək qızdırmanı salır. Bədəni sakitləşdirir. Infeksiyon xəstəliklərə qarşı bədənə müqavimət verir. Aşağı təzyiqi müalicə edər. Evli cütlər və aşiqlər arasındakı davanı soyudur, sonsuz sevgi verir. Sümükləri sağlam saxlayır, qırıqların asan qaynamasını təmin edir. Doğumu asanlaşdırır və ağrıları dindirir. Ruhi məlumatlanmanı təmin edir.

Bəzi satıcılar içində yaqut sözü keçən adlarla, alıcıları aldadır və başqa daşları yaqut deyə satır və bu daşların heç biri yaqut daşı qədər qiymətli deyildir. Bu adlar ümumiyyətlə: Adelaide yaqut, Cape ruby, Arizona yaqutu, Colorado yaqutu, Amerikan yaqutu, mont blanc yaqutu, BALES yaqutu, Bohemian yaqutu, Montana ruby, Braziliya yaqutu və Sibir yaqutu olaraq adlandırılır. Bunların bir qisimi yarı qiymətli daşdır, bir qisimi isə sintetik, şüşənin bəzi kimyəvilərlə qarışdırılaraq yaqut daşına bənzədilmiş halıdır.

Xoşbəxtlik, dinclik və sağlamlıq dolu günlərə ...

 


  • Müəllif: Ali
  • Tarix 2-05-2014, 16:07
  • Bölmə: Dunyatv / Maraqlı
  • Baxılıb: 1 186
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac