Obamanın qardaşını işdən qovdular

 

ABŞ-ın birinci ledisi Mişel Obamanın qardaşı Kreyq Robins işdən azad olunub. Məlumata görə, Oreqon univeristetinin basketbol komandasının baş məşqçisi olan Robins müqaviləsinin bitməsinə 3 il qalmış vəzifədən kənarlaşdırılıb. Onun vəzifəsindən azad olunmasına səbəb isə komandanın son dövrlərdə pis təsir bağışlamasıdır. Qeyd edək ki, komanda rəhbərliyi Kreyq Robinsi işdən müqaviləsinin bitmədən azad etməsinə görə 4 milyon dollar təzminat ödəməli olacaq. Komandanın azarkeşləri isə Robinsin işdən azad olunmasına sevindiklərini bildiriblər və qeyd ediblər ki, məşqçi Mişel Obamanın qardaşı olmasaydı vəzifəsindən çoxdan azad edilərdi.
  • Müəllif: Ali
  • Tarix 8-05-2014, 18:04
  • Bölmə: Dunyatv / Xəbərlər
  • Baxılıb: 578
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac