Mətbəx sirləri: Təzə gicitkən şorbası

 

Dunyatv.az  gastronom.ru-ya istinadən təzə gicitkəndən az kalorili şorba hazırlamağın qaydasını təqdim edir. [/b]


Tərkibi [/b](2 pay): 

0,5 dəstə cəfəri
1 x.q. limon şirəsi
duz
2 x.q. soyudulmuş xama
2 kartof
0,5 dəstə şüyüd
1 baş soğan
böyük dəstə gicitkən (100 q)
1 yerkökü
bitki yağı

Kartofu təmizləyin. Qazanda yarım litr suyu qaynadın. Duz səpin, kartofu içində tam bişirin. Suyunu atmayın. Qaynar kartofu püre halına salın, xamayla qarışdırın, sonra yenidən qazandakı suya əlavə edin,[/i][/b] qarışdırın. Orta itilikli odda bişirin. 

Soğan və yerkökünü təmizləyin. Saman kimi doğrayıb bitki yağında 4 dəqiqə qovurun. Şorbaya əlavə edin.

Göyərtiləri yuyun, qurudun. Xırda doğrayın. Gicitkənin üstündən qaynar su axıdın, sonra digər göyərtilərlə birlikdə şorbaya əlavə edin. Limon şirəsi, duz, istiot əlavə edin. 2 dəqiqə sonra ocaqdan götürüb boşqblara çəkin. 

Nuş olsun!



  • Müəllif: Ali
  • Tarix 22-05-2014, 17:09
  • Bölmə: Dunyatv / Maraqlı
  • Baxılıb: 573
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac