İlham Əliyev qəbul keçirdi

 

 

 

Prezident İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
Dunyatv.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olduğu bildirilib. Eyni zamanda görüş zamanı əməkdaşlığımızın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi vurğulanıb, əlaqələrimizin genişləndirilməsində parlamentlərarası münasibətlərin əhəmiyyəti qeyd olunub. Bununla yanaşı sənaye, infrastruktur, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini bir daha qonaqların diqqətinə çatdırıb.


  • Müəllif: Ali
  • Tarix 29-05-2014, 18:53
  • Bölmə: Dunyatv / Xəbərlər
  • Baxılıb: 670
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac