Prezidentə təbriklər gəlməkdə davam edir

 

Yaponiyanın İmperatoru Akihito Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Dunyatv.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

"Zali-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, xoşbəxtliyiniz və ölkənizin xalqının rifahı üçün xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram".

Malayziyanın XIV Ali Başçısı Əl-Mutasimu Billahi Muhibbuddin Tuanku əl-Hac Abdul Halim Muadzam Şah ibni əl-Mərhum Sultan Badlişah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

"Zali-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Malayziyanın Kralı və Kraliçası adından səmimi qəlbdən təbrik edirik. Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi və arzularımızı çatdırırıq.
Dua edirik ki, Uca Allah Zati-alinizə və Azərbaycan Respublikasının xalqına daim davamlı inkişaf, sülh və tərəqqi bəxş etsin".


Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

"Çox hörmətli İlham Heydər oğlu,
İcazə verin, Sizi dövlət bayramınız – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edim, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycanın hərtərəfli inkişafı və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım".

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

"Zali-aliləri, əziz qardaşım,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.
Fürsətdən istifadə edərək qardaş xalqlarımız arasında qarşılıqlı hörmətə, məhsuldar əməkdaşlığa və ölkələrimizin fəal həmrəyliyinə əsaslanan əlaqələrdən məmnunluq duyduğumu bildirmək istəyirəm.
Mən Qadir Allahdan xalqlarımızın istəklərinə nail olmaları, daha xeyirli və təhlükəsiz gələcəkləri, sülh və sabitliyi, inkişaf, tərəqqi, birlik və həmrəylikləri üçün dua edirəm".

 


  • Müəllif: Ali
  • Tarix 29-05-2014, 18:57
  • Bölmə: Dunyatv / Xəbərlər
  • Baxılıb: 696
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac