Misirin yeni prezidenti seçilib

Misirin yeni prezidenti seçilib

 

Siyasi və iqtisadi sabitliyin geri qayıdacağı ümidləri Sisi ilə bağlıdır.İslamçı prezident Muhammed Mursinin hakimiyyətinə son qoyan general Abdel Fəttah əl-Sisi Misir prezident seçkilərində qələbə çaldı.Dunyatv.az Lenta.ru-ya istinadən xəbər verir ki, mayın 29-da açıqlanan ilkin məlumatlara görə, Abdel Fəttah əl-Sisi 93,3% səs toplayıb. Onun yeganə rəqibi Hamdin Sabahi isə 3,0% səs toplayıb. 3,7% bülleten isə etibarsız hesab edilərək ləğv edilib.Bununla yanaşı, seçicilərin davamiyyəti gözlənildiyindən aşağı oldu – 44,4%. Misirdə seçki hüququna 54 milyon adam malikdir.Seçkilərin ilkin nəticələri Qahirədə sevinclə qarşılandı. Əl-Sisinin tərəfdarları əllərində milli bayraqlarla küçələrə çıxaraq öz sevinclərini bildirirdilər. Səmaya rəngarəng fişənglər buraxılıb. Bu mərasim səhərə qədər davam edib.Hüsni Mübarəkin hakimiyyətinə son qoyan "Ərəb baharı” hadisələrindən sonra hakimiyyətə "Müsəlman qardaşlar”ı simasında islamçılar gəldi, seçicilərin siyasi və iqtisadi sabitliyinin geri qayıdacağı ümidləri Sisi ilə bağlıdır Reuters qeyd edir.Abdel-Fəttah əl-Sisi 2013-cü ildə çevrilişə başçılıq edib, nəticədə Mursinin hakimiyyəti devrilib. Mursinin hakimiyyətə gəlməsinə yardımçı olan "Müsəlman qardaşlar”ın və digər tərəfdaşların qarşıdurmaları ordu tərəfindən yatırılıb. 2014-cü ilin yanvar ayında Adli Mansur Misirin müvəqqəti prezidenti təyin edildi, o öz növbəsində əl-Sisiyə feldmarşal rütbəsini verib. Terror aktından sonra, "Müsəlman qardaşlar”a qarşı repressiya başladı, məhkəmələr yüzlərlə ölüm hökmü çıxardı.

  • Müəllif: Ali
  • Tarix 29-05-2014, 19:05
  • Bölmə: Dunyatv / Xəbərlər
  • Baxılıb: 950
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac