İŞİD üzvləri məhv edildi

 

İraq Şam İslam Dövləti (İŞİD) silahlılarının türkmənlərin sıx yaşadığı Mosulun Telafer yaşayış məntəqəsi yaxınlığında hərbi karvanı vurulub.
Dunyatv.az-ın ANS PRESS-ə istinadən  məlumatına görə, İraq rəhbərliyinə aid hava hücumu qüvvələri qırıcılarla terrorçuların hərbi karvanına hücum etməsi nəticəsində 35 İŞİD üzvü məhv edilib.Bundan başqa İraq Hava Qüvvələrinin Mosulda təşkil etdiyi hücumda da 10 İŞİD üzvünün öldüyü bildirilir. Hadisə şahidləri bildirib ki, döyüş təyyarələri şəhərin cənubundakı Əl Qazlani hərbi bazası da daxil olmaqla bir sıra yerləri hədəfə alıblar. ABŞ prezidenti Barak Obama isə əvvəlcə İraqa hərbçi göndərməyəcəyini desə də, vəziyyətin ciddiliyini anlayaraq bölgəyə 275 hərbçinin göndəriləcəyini bəyan edib.Göndəriləcək hərbçilər vəziyyət sabitləşənədək ABŞ-ın Bağdaddakı səfirliyi və Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün İraqda qalacaqlar. 


  • Müəllif: Ali
  • Tarix 17-06-2014, 10:23
  • Bölmə: Dunyatv / Xəbərlər
  • Baxılıb: 657
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac