dunyatv.az
CANLI YAYIN

Bakı Bulvarında tragikomik olay....

20-06-2014, 17:05

Bakı Bulvarında tragikomik olay....

 

Ötən gün axşam saat 21:25-də Bakı Bulvarında qəribə hadisə baş verib. Bulvar İdarəsinin təhlükəsizlik xidmıətinin rəisi Müqabil Baxşıyevin anspress-ə veridyi məlumata görə, 21 yaşlı gənc Saat qülləsi yaxınlığında dənizə yıxılıb. Gənc az qalıb boğula. Onu yaxınlıqdakı təhlükəsizlik xidmətinin əməkdaşları və Fövqəladə Halalr Nazirliyinin xilasediciləri sudan çıxarıblar.Gənc sudan çıxandan sonra bildirib ki, dənizə 350 manat pulu düşüb. Oğlan pulunu götürmək istəyən zaman dənizə yıxılıb. Gənc oğlan cibindən siqaret çıxaran zaman külək pulu dənizə salıb. Gənc oğlan suda 350 manatdan yalnız 1 manat tapa bilib.Oğlana ilkin yardım göstərilib və onu xəstəxanaya aparıblar.


Oxunub: 892

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.