Avarçəkənlərimiz Dünya Kuboku üzrə mübarizə aparacaqlar

 

 

İyunun 20-də Fransadakı Eqvebelett gölündə akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək. Nüfuzlu reqatada Azərbaycanı 5 idmançı təmsil edəcək. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əsas diqqətlər son Avropa çempionatının gümüş mükafatçıları Aleksandr Aleksandrovla Boris Yotova yönələcək.

Aleksandrov - Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bu cütlüyün üst-üstə 21 rəqibi olacaq. 2 nəfərlik sükansız qayıqla (M2-) eyni məsafəyə yürüşlərdə isə İqor Luçiç - Luka Dordeviç cütlüyü çıxış edəcək. Onların ümumilikdə 12 rəqibi olacaq.

Nəhayət, Cavid Əfəndiyev 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) eyni məsafəyə yürüşlərə qatılacaq. O, ümumilikdə 19 avarçəkənlə mübarizə aparacaq. Dünya Kubokunun II mərhələsinə iyunun 22-də yekun vurulacaq.



  • Müəllif: Ali
  • Tarix 21-06-2014, 11:15
  • Bölmə: Dunyatv / Xəbərlər / İdman
  • Baxılıb: 447
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac