Aybəniz Haşımova: Konçitanın boyunu yerə soxum

 

"Mənim tələbəm çox namuslu, əqidəli və tərbiyəli oğlandır”.

Əməkdar artist Aybəniz Haşımova "Eurovision 2014”-ün qalibi Konçita Vürstün Azərbaycanın müsabiqədəki ötən ilki təmsilçisi Fərid Məmmədova evlilik təklifinə münasibət bildirib.

Aybəniz Haşımova Fəridin belə bir təklifə müsbət cavab verəcəyinə inanmadığını söyləyib:

"Fəridi altı yaşından ürəyimin üstündə saxlamışam. O heç vaxt elə şey eləməz”.

Əməkdar artist tələbəsinin Konçitanın mahnısını ifa etməsinə də münasibət bildirib:

"Mahnı gözəldirsə, bütün dünyada oxunacaq. Fərid indiyə kimi dünyanın bir çox məşhur ifaçılarının mahnılarını oxuyub. Amma mənim tələbəm çox namuslu, əqidəli və tərbiyəli oğlandır”.

Sənətkar Konçitanı və onu müsabiqəyə buraxanları tənqid etməyi də unutmayıb:

"Bu Konçitanın boyunu yerə soxum. Onun belə müsabiqəyə çıxması dünyanın sonu deməkdir. Onu ora binamuslar çıxartdı. Adam ayıbına kor olar da. Allah da deyir ki, yer üzündə şeytana qulluq edən var. Amma onu üzə çıxartmaq yox, gizlətmək lazımdır. Bunu çıxartdılar səhnəyə, arvadları da hörmətdən saldılar, kişiləri də”.

Qeyd edək ki, Avstriya təmsilçisi Fəridə evlilik təklifi edib: "Əgər məni bəyənirsənsə, barmağıma üzük tax!”.


  • Müəllif: Ali
  • Tarix 23-06-2014, 18:10
  • Bölmə: Dunyatv / Xəbərlər
  • Baxılıb: 605
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac