Xalq ulduzu” yenidən səhnəyə qayıtdı-VIDEO,FOTO

 
 

"Xalq ulduzu” yarışmasındakı iştirakından sonra yaradıcılığında durğunluq yaşanan müğənni Zaur Həsənov yenidən səhnəyə qayıtdı. İfaçı bu gün Beynəlxalq Mətbuat Mərkəzində yeni "Səni həm sevəcəyəm, həm unudacağam” adlı klipi ilə jurnalistlərin qarşısına çıxdı.

 

Sənət dostlarını və media nümayəndələrini bir araya toplayan sənətçi klip haqda təəssüratlarını bölüşüb: 

"Mahnıya  Əhməd Əli ekran həyatı verib. Bu mənim ifaçı kimi ilk klip olduğu kimi rejissorun da ilk işidir. Klip mənə yaxın dostum tərəfindən hədiyyə olunub. "Xalq ulduzu" müsabiqəsindən sonra maddi çətinliklərim və şəxsi həyatımda problemlər oldu. Sənətdən uzaqlaşdım. Artıq sənətimlə məşğul olmağın vaxtıdır. Türk sənətçilərinə çox qulaq asıram. Ona görə ifamı Alişana bənzədirlər"-,deyə sənətçi bildirib. 

 

"Səni həm sevəcəyəm, həm unudacağam” adlı mahnın musiqisi Ruslan Səfəroğluna, sözləri isə Samir Əfseroğluna məxsusdur. Klipin süjet xətti sevgidən bəhs edir. Və paytaxt məkanlarında lentə alınıb.

Təqdimat zamanı qonaq kimi dəvət olunan müğənnilər arasında mübahisə yaşanıb.   Gənc müğənni Elvin Mirzəzadənin Albert Eynşteyndən misal gətirməsi ortalığı qarışdırdı : "Hər bir tənqidin arxasında gizli paxıllıq və aşkar heyranlıq var".

Dəvət olunan başqa sənətçilər Lamiyyə Novruzova, Aysel Əlizadə, İbrahim Borçalı və "Cahan qrupu" nun solistləri onun bu fikri ilə razılaşmadılar. Lamiyyə açıqlamasında bildirdi ki,  bütün müğənnilər yerindən edilmiş tənqidə normal yanaşmalıdırlar.

Sakit təbiətli Zaur tədbirdəki mübahisəni canlı oxuması ilə sakitləşdirdi.

Qeyd edək ki, səbəbkarı təbrikə həmçinin sənət dostları Vüsal Əliyev,  Afaq Aslan, Sevinc Ağaşirinova, Elgün Hüseynov da təşrif buyurmuşdular.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • Müəllif: Qumral
  • Tarix 25-09-2014, 15:30
  • Bölmə: Dunyatv / Video / Şəkillər
  • Baxılıb: 690
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac