Şirvan polisi küllü miqdarda narkotik vasitə daşıyıcısını saxladı-VİDEO

 

 

Şirvan polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir sakinindən küllü miqdarda narkotik aşkarlanaraq götürülüb.Şirvan şəhər polis şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat zamanı Şəmkir rayonunun Dağ Daşbulaqlı kənd sakini, 24 yaşlı Dağıstan Seyfəli oğlu Hüseynov narkotik tərkibli vasitə olan qurudulmuş marixuananı şərti alıcıya satarkən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindəki bağlamaya baxış keçirilərkən ümumi çəkisi 4,2 kiloqram narkotik xassəli qurudulmuş marixuana aşkar edilərək götürülüb. Şöbəyə gətirilən nitqi qüsurlu Dağıstan Hüseynov ilkin istintaq zamanı törətdiyi cinayəti etiraf edib. Məlum olub ki, ona verilən narkotik vasitəni o, Ramil adlı şəxsə çatdırmaqla bunun müqabilində 3 min manat pul alacaqmış.Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

 

  • Müəllif: Qumral
  • Tarix 1-10-2014, 11:58
  • Bölmə: Dunyatv / Xəbərlər / Video
  • Baxılıb: 551
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac