dunyatv.az
CANLI YAYIN

Bərdədə ağır yol qəzası baş verib-VIDEO

6-10-2014, 16:40

 
 

Bərdədə ağır yol qəzası baş verib. Hadisə zamanı bir nəfər ölüb iki nəfər yaralanıb.Yüksək sürət 49 yaşlı sürücünün ölmünə səbəb oldu. Bərdə - Həsənqaya yolunun 9-cu kilometrində "Mersedes” markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub.zərbə nəticəsində havaya qalxan VAZ-2106 yolda hərəkət edən Zahid Abbasovun idarə etdiyi VAZ-21010 markalı avtomobilin üzərinə düşüb. VAZ-2106 markalı avtomobilin sürücüsü, Ağdamın İmamqulubəyli kənd sakini 49 yaşlı İxtiyar Qəmbərov hadisə yerindəcə dünyasını dəyişib.Qəza nəticəsində xəsarət alan sərnişin - 26 yaşlı Gülmirə Nəcəfzadə Bərdə Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti normaldır.

Hadisə yerində araşdırma aparan Bərdə rayon PŞ əməkdaşlarının verdiyi məlumata görə, qəzaya VAZ-2106 markalı avtomobilin sürücüsü İxtiyar Qəmbərovun yüksək sürətlə idarə etdiyi avtomobillə "Mersedes” markalı avtomobilin yoluna çıxması səbəb olub.

 


Oxunub: 1 047

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.