dunyatv.az
CANLI YAYIN

Windows istifadəçiləri təcili sistemi yeniləsinlər

13-11-2014, 07:15

 Xezerxeber.com - yaydığı məlumatına görə Microsoft şirkəti Windows əməliyyat sisteminin 1995-ci ildən bəri istehsal olunan bütün versiyalarındakı səhvləri düzəldib. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, həmin səhv İBM şirkətinin əməkdaşları tərəfindən İnternet Explorer brauzerində aşkarlanıb. 

Həmin qüsur sayəsində bədəməllər kompüterlərə istənilən virusları göndərə bilirdilər. Windows 8.1, Windows 7, Windows Vista və Windows XP versiyaları üçün düzəlişlər edilib. Halbuki, Microsoft hələ aprel ayından XP sistemi üçün dəstəyi dayandırmışdı. 
 
Mütəxəssislər qeyd edirlər ki, hələ ki, bu qüsur sayəsində kompüterlərə hücumlar qeydə alınmamışdı, ancaq təhlükə həddi 10 ballıq sistem üzrə 9.3 bal idi.


Oxunub: 558

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.