dunyatv.az
CANLI YAYIN

Sabah hava necə olacaq?

13-11-2014, 09:41

Azərbaycanda "yaz havası" davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.
 
Məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 14-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Havanın gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman və çiskin müşahidə ediləcək, cənub rayonlarında az yağış yağması ehtimalı var. Şəq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 12-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyə kimi şaxta, gündüz 8-13 dərəcə isti olacaq.


Oxunub: 636

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.