FİFA araşdırmalarının nəticəsini elan etdi

FİFA bu gün baş tutmuş növbəti toplantısında qarşıdakı 2 Mundialla bağlı araşdırmalarının nəticəsini açıqlayıb.
 
Qurum dünya çempionatına ev sahibliyi etmək hüququ verdiyi Rusiya və Qatarla bağlı rüşvət qalmaqalını əsassız hesab edib. Bununla da, hər iki ölkədən turnirin təşkilat hüququnun alınması ilə məsələ təsdiq olunmayıb. 
 
Qeyd edək ki, araşdırma İcraiyyə Komitəsinin üzvü Cek Uornerin 2 milyon dollar qarşılığında 2022 mundialının ev sahibi kimi Qatara səs verməsindən sonra başlamışdı. Bir il öncə araşdırmalara start verilsə də, FİFA işin gedişatını məxfi saxlayırdı. Etika Komitəsinin araşdırmalar üzrə nümayəndəsi Maykl Qarsia hələ sentyabrda nəticələri Arbitraj palatasının sədri Hans-Yoaxim Ekkertə təqdim etmişdi.
  • Müəllif: sudabe
  • Tarix 13-11-2014, 10:17
  • Bölmə: Dunyatv / Xəbərlər / İdman
  • Baxılıb: 429
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac