dunyatv.az
CANLI YAYIN

Makiyajınız və xarakteriniz

12-05-2014, 15:44

Makiyajınız və xarakteriniz

 

Makiyajınız sizdən nələr danışır?

Makiyajınız və xarakteriniz (test)


Bəzən biz özümüzdə bilmədən və heç bir söz demədən haqqımızda ətrafdakılara nə qədər məlumat bildiririk. Öz sahibəsindən yalnız pomada və ya göz kölgəsi deyil, həm də onun tərciyə etdiyi makiyaj üsulu da çox şey danışa bilər.

Minimal makiyaj edən xanımlar:

Makiyajınız və xarakteriniz (test)

Əgər siz, makiyaj edərək, yalnız dodaqlar üçün parıltı və adi bir tuşdan istifadə edirsinizsə, bu zaman, ehtimal ki, siz olduqca özünüzə və öz gücünüzə inanan birisiniz. Siz hesab edirsiniz ki, sizin xəyalınızın kişisini xarici görünüşünüz deyil, məhz sizin daxili keyfiyyətləriniz cəlb etməlidir. Bu xanımlar güzəştə getməyə meyllidir və bir çox şeyi təhlil etmə qabiliyyətindədir.

Makiyaj edərkən dodaqlarını vurğulayan xanımlar:

Makiyajınız və xarakteriniz (test)

Əgər siz, makiyaj edərkən, yalnız dodaqlarınızı vurğulayırsınızsa, bu zaman ehtimal ki, siz daim bütün xəbərlərdən məlumatlı olursunuz. Belə xanımlar çox vaxt son dərəcə həssas olurlar və diqqət mərkəzində olmağı sevdiklərinə görə, yalnızlığa dözə bilmirlər. Onlar həmişə pərəstişkarlarının əhatəsində olur və əks cinsin yaraşıqlı nümayəndələri ilə ünsiyyət qurmağa daim hazır olurlar.

Makiyaj edərkən gözlərini vurğulayan xanımlar:

Makiyajınız və xarakteriniz (test)

Əgər siz, makiyaj edərkən, yalnız gözlərinizi vurğulayırsınızsa, bu zaman ehtimal ki, siz çox diqqətli və müşahidə etməyi bacaran birisiniz. Bu xanımlar kifayət qədər özünə qapalı olduqları üçün öz uçuşlarını və enişlərini tək başına yaşamağa üstünlük verirlər. Onlar danışmaqdan çox dinləməyə üstünlük verirlər və bəzən də tək qalmağı sevirlər.

Çox parlaq və bəzən də qeyri-adi makiyaj edən xanımlar:

Makiyajınız və xarakteriniz (test)

Əgər siz, makiyaj edərkən digər bir xanımın bir həftəyə işlədə biləcəyi miqdarda kosmetik vasitədən istifadə edirsinizsə, bu zaman ehtimal ki, siz hər şeyə görə çox tez-tez narahat olursunuz, özünüzdən əmin deyilsiniz, bəzən hesab edirsiniz ki, heç kəs sizi sevmir və heç vaxt da sevməyəcək. Belə xanımlar çox vaxt "döyüş” formasının arxasında kövrək ürəklərini gizlədirlər. 


Oxunub: 949

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.