dunyatv.az
CANLI YAYIN

Ev üsulu pizza

17-12-2013, 10:58

 

Ərzaqlar:
250 qram un
50 qram qarğıdalı unu
150 ml su (otaq istiliyində)
2 çay qaşığı duz
2 qaşıq zeytunyağı
1 çay qaşığı şəkər
2 çay qaşığı toz maya

Sous:


4-5 orta boy pomidor rəndəsi və ya pomidor suyu
1/2 qaşıq bibər, 1/2 qaşıq pomidor sousu
3-4 diş sarımsaq
Kəklik, nanə, qara bibər, qırmızı bibər
Zeytunyağı
Üzərinə dilədiyiniz vəsaiti qoya bilərsiniz. Sosiska, kolbasa, sosiska, göbələk, yaşıl və ya qara zeytun, pizzaya ən çox yaraşan vəsaitlərdir.

Hazırlanması:
Şəkər və mayanı suya qoyun və əriyənə qədər qarışdırın. Digər bütün xəmir vəsaitlərini qoyduğunuz qaba əlavə edib yoğurun. Xəmirin üzərini nəmli bir bez ilə örtün və 1 saat qədər gözlədin. Xəmiri un səpilmiş dəzgahda açın. Yağladığınız soba nimçəsinə yerləşdirin. Sous vəsaitlərini qarışdırın tündləşənə qədər yüngül atəşdə bişirin. Xəmirin üzərinə tökün. İstədiyiniz vəsaitləri də düzdükdən sonra 180 dərəcədə isidilmiş sobada vəsaitlər rəng dəyişdirənə qədər bişirin. Çıxarıb üzərinə dilədiyiniz pendir rəndəsini tökün və 5 dəq daha pendir əriyənə qədər sobaya atın.

Nuş Olsun! 


Oxunub: 1 064

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.