dunyatv.az
CANLI YAYIN

Asan Pizzanın hazırlanma qaydası

10-10-2013, 15:51

Asan Pizzanın hazırlanma qaydası
Xəmir üçün:

3 stəkan un
1 xörək qaşığı quru maya
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
3-4 damcı limon suyu
1 stəkan ilıq su

 Sous üçün:

1 ədəd pomidor
1 diş sarımsaq
1 ədəd bibər
yarım alma, yarım soğan
1 stəkan su

 Üzəri üçün: 

1 ədəd qırmızı bibər (incə doğranmış) 1 ədəd yaşıl bibər (incə doğranmış)
1 stəkan qaynadılıb, doğranmış göbələk
yarım stəkan konserv qarğıdalı
6-7 dilim sosiska (ikiyə ayrılmış)
 1 stəkan rəndələnmiş holland pendiri

 Hazırlanması:

 Əvvəlcə sousu hazırlayın. Bunun üçün pomidoru, sarımsağı, toxumları çıxarılmış bibəri, qabığı soyulmuş almanı, soğanı, 1 stəkan su ilə qaynadın. Xəmir üçün də un, maya, şəkər, duz və limon suyunu dərin bir qaba tökün. İlıq suyu yavaş-yavaş əlavə edib yoğurun. Ələ yapışmayacaq bir xəmir əldə edin. Marqarinlə yağlanılmış nimçəyə xəmiri tökün. Üzərinə hazırladığınız sousdan gəzdirin. Daha sonra doğranmış bibərlər, göbələk, qarğıdalı və sosiskanı xəmirin üzərinə düzün. Ən üstə isə rəndələnmiş holland pendirini səpin. Əvvəldən 180 dərəcədə isidilmiş sobada 15 dəqiqə qədər bişirin.Hazırdır.
 
 
Nuş olsun!
 


Oxunub: 6 518

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.