Xərçəng xəstəliyinin səbəbi tapıldı

[/b]

Xərçəng xəstəliyinin səbəbi tapıldı

 

 
[b]
Hər il dünyada 6 milyon insan əsrin bəlası olan xəstəliyin qurbanı olur
Ekspertlər xərçəng xəstəliyinin səbəblərini müəyyən ediblər. Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tədqiqatçılar hesab edirlər ki, çirklənmiş hava xərçəng xəstəliyinin əsas səbəblərindəndir.

2010-cu ildə kanserogen ehtiva edən çirklənmiş hava 223 min adamın ölümünə səbəb olub. Bu baxımdan ən çətin vəziyyət Hindistan və Çindədir. Bir çox ölkələrdə də oxşar problemlər başlayıb. "BMT Radio”nun aparıcısı Dan Loomis bildirib ki, hava hamıya məxsusdur və biz onu təmiz saxlamaq üçün kollektiv məsuliyyət daşıyırıq.

Ekspertlər araşdırıblar ki, Avropa ölkələri arasında atmosferə zərərli emissiyaları ən çox Bolqarıstan və Polşa buraxır. 100000 adamdan 350-dən çoxunun xərçəng xəstəliyinə tutulma ehtimalının artdığı Fransaya artıq xəbərdarlıq edilib. Ümumiyyətlə, ankoloji problemlər 50 yaşına çatmış insanlarda daha çox rast gəlinir. Hər il dünyada 6 milyon insan xərçəng xəstəliyinə tutulur. İndi xərçəng xəstəliyi ürək-damar sistemi ilə bağlı xəstəliklərdən sonra dünyada ikinci yerdədir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertlərinin açıqlamasına görə növbəti 20 il ərzində xərçəngə təxminən 25 milyon nəfər tutula bilər. Əsasən də, inkişaf etməkdə olan ölkələrdə yaşayan insanların xərçəngə tutulma ehtimalı yüksəkdir.

Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin bir neçə gün əvvəl verdiyi açıqlamaya görə, orta yaşlı əhalinin təxminən yarısının ən azı bir xroniki xəstəlikdən əziyyət çəkdiyi aşkar edilib.
  • Müəllif: Asef
  • Tarix 19-10-2013, 20:00
  • Bölmə: Sağlamlıq (Tibb)
  • Baxılıb: 2 121
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac