dunyatv.az
CANLI YAYIN

Mügənni Günayı qlamur hesab edirsiniz? - FOTO

12-10-2013, 15:21

Mügənni Günayı qlamur hesab edirsiniz? - FOTO

 

Mügənni Günayı qlamur hesab edirsiniz? - FOTO

 

Mügənni Günayı qlamur hesab edirsiniz? - FOTO

 

 
Müğənni Günay İbrahimli qlamur geyimləri ilə diqqət çəkməyə davam edir.
 
Milli.Az Axşam.az-a istinadən bildirir ki, o, geyimlərini hər zaman özü seçdiyini, zövqünə güvəndiyini bildirib:
 
"Əksər vaxtlarda geyimlərimi özüm seçirəm. Amma hərdən stilistin fikrini də öyrənirəm. Yeni albomum üçün Türkiyədə fotosessiya etdirəcəm. Oradakı imicim, geyimlərim üzərində Elnur çalışacaq”.
 
"Özünü şou-biznesin qlamur xanımı hesab edirsən” sualına isə Günay belə cavab verib:
 
"Özümü qlamur bir sənətçi hesab edirəm. Amma istərdim ki, tanınmışlar arasında sorğu aparılsın, kim məni qlamur hesab edir, desin”.
 
Yaradıcılığından söz açan Günay yeni duet hazırladığını bildirib. Onun duet ortağı müğənni yox, aranjmançı Elvin Musayev olacaq:
 
"Heç kim Elvinin gözəl səsi olduğunu bilmir. Təklif ondan gəldi, qəbul etdim. Mahnı "Dəyərmi” adlanır”.


Oxunub: 3 274

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.