100 milyon dollarlıq ad günü olacaq - FOTO

100 milyon dollarlıq ad günü olacaq - FOTO

 

 

 
 
Norveçdəki özəl telekanallardan birində komediya şousunun aparıcıları Cənubi Koreyadan olan reper PSY-ın rekordunu geridə qoyublar.
Belə ki, Veqard Bart İlvisaker qardaşlarının "What Does the Fox Say?" mahnısı YouTube videohostinq servisinə yüklənəndən bəri bu videoklipə 143 milyondan artıq baxış var.
 
Qısa zamanda baxış sayına görə norveçli qardaşlar PSY-ın rekordunu təzələyiblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu sinql çartlarda 29-cu yerdən debüt edib və hazırda Norveçdə ən populyar mahnıdır.
Qardaşlar populyarlaşandan sonra Cimmi Fellonun şousuna, habelə ABŞ-ın Las-Veqas şəhərindəki "iHeartRadio" festivalına da dəvət olunmuşdular.

Videonu qardaşlar üçün Riannanın "Diamonds" klipini hazırlamış "Stargate" studiyası çəkmişdi.
Mahnı Bart və Veqard qardaşlarının "I Kveld Med Ylvis" ("Bu gecə İlvislə") komediya şousu üçün hazırlanmışdı.

Mahnı populyarlaşandan sonra Hellouin bayramı üçün kostyumların satışı sahəsində ixtisaslaşmış "Buncostumes" marketində tülkü kostyumlarına tələbat dəfələrlə artıb.

"Hamı soruşur ki, bundan sonra nə edəcəyik. Bilmirik. Biz müğənni yox, komikik", - Bart İlvisaker deyib.
  • Müəllif: Asef
  • Tarix 21-10-2013, 15:42
  • Bölmə: Xəbərlər / Şəkillər
  • Baxılıb: 946
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac