Bu günün hava proqnozu

Dekabrın 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
 
AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 0°-yə yaxın, gündüz 4-8° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 779 millimetr civə sütunundan 773 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 8-13° şaxta, bəzi yerlərdə 16°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Gecə və səhər yollar buz bağlayacaq.

Temperatur gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, bəzi yerlərdə 5° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur.

Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək. Arabir duman olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər havanın yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacağı ehtimal olunur.

Temperatur gecə 0-4° isti, gündüz 4-8° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-4° isti olacaq.

  • Müəllif: Pervin_M
  • Tarix 18-12-2013, 10:04
  • Bölmə: Xəbərlər / hava xəbərləri
  • Baxılıb: 753
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac