dunyatv.az
CANLI YAYIN

Ruhi: "Geyimi yox, gözəlliklərini nümayiş etdirirlər"

18-12-2013, 18:36

ATV telekanalında yayımlanan "Özünə bax” layihəsinin siması Ruhi Əliyeva müsabiqədəki iştirakçılardan narazıdır.

Axşam.az-ın məlumatına görə, R. Əliyeva "Onlar” verilişinə açıqlamasında iradlarını bildirib. O, yarışmaya gələn xanımların zövqlərindən çox gözəlliklərini nümayiş etdirdiklərini deyib:

"Burada geyimi ikinci plana atıblar. Gözəlliklərini nümayiş etdirirlər. Bura zövq yarışmasıdır, əsas onu göstərməlidirlər. Artıq həyəcanlı günlər başlayıb. Bütün münsiflər çox gərgin və sərtdir. Finala ciddi hazırlıqlar gedir. Fikir versəniz, görəcəksiniz ki, mən də yarımfinalda geyimlərimə önəm verirəm, xüsusi hazırlayıram. Adi libasla efirə çıxmıram”.

Qeyd edək ki, R. Əliyeva yarışmanın finalında məşhur əcnəbi ulduzların da iştirak edəcəyini bildirib. Onlar arasında modelyerlər Hakan Akkaya, İvana Sert və model Çağla Şikəl də yer alır.


Oxunub: 2 157

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.