dunyatv.az
CANLI YAYIN

Dəhşətli olay: ana balasını acından öldürdü - FOTO

22-10-2013, 15:42

 

 

 

 

Türkiyənin Kocaeli vilayətindəki Gölcük rayonunda baş vermiş olay ölkəni sarsıdıb. Gölcükdəki ibtidai məktəblərdən birində çalışan 34 yaşlı müəllim S.M.D. 2 aylıq uşağını evdə qoyaraq istirahətə yollanıb.


O, evə qayıdanda uşağın nəfəs almadığını görəndə körpəni xəstəxanaya aparıb.
Həkimlər isə uşağın aclıq və susuzluqdan öldüyünü deyiblər.
 
Milli.Az DHA-ya istinadən bildirir ki, polisdən verilən məlumata görə, S.M.D. iki aylıq oğlunu evdə qoyaraq Adanaya, 9 günlük istirahətə yollanıb.
Uşağın öldüyünü aşkarlayan Gölcük Necati Çelik Xəstəxanasının həkimləri polisə xəbər veriblər.

S.M.D. həbs olunub.

S.M.D. polisdə verdiyi ifadəsində bildirib ki, ötən il Adanada bir evli polis zabiti ilə tanış olub və sonra da həmin zabitdən hamilə qalıb.
2 ay əvvəl oğlunu dünyaya gətirən müəllim məşuqunun yanına yollanıb, orada 9 gün istirahət edib.

Uşaq isə evdə tək, yiyəsiz qalıb.
Həkimlərin dediklərinə görə, uşaq xəstəxanaya gətirilməzdən 3 gün əvvəl ölübmüş.

 

 

 


Oxunub: 1 234

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.