dunyatv.az
CANLI YAYIN

Bakıda sərxoş kişi polisə hücum etdi: iki zabit yaralanıb

20-12-2013, 18:45

 

Bakının Suraxanı rayonunda sərxoş vətəndaş polisə müqavimət göstərib. Lent.az-ın məlumatına görə, dekabrın 19-da axşam saatlarında Suraxanı qəsəbəsi Fərman Kərimzadə küçəsində İltifat Hacıyevlə qonşusu Rəşad Heybətov arasında dava dalaş olub. Sərxoş vəziyyətdə olan R.Heybətov qonşusunun həyat və sağlamlığına təhlükəli ola biləcək hərəkətlər edib və onu vurub. Hadisə yerinə polis çağırılıb. Qeyd edilən əraziyə gələn sahə müvəkkili, polis mayoru Sarvan Mehdiyev və 32-ci Polis Bölməsinin təhqiqatçısı Əli İsgəndərov da hücuma məruz qalıb. R.Heybətov polisin qanuni tələbinə məhəl qoymayıb və tabesizlik göstərib. O, hər iki polis zabitinə hücum çəkərək onları vurub.

 

Sərxoş vəziyyətdə olan R.Heybətov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Oxunub: 796

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.