dunyatv.az
CANLI YAYIN

İlin toyu başlanacaq: sultanın 4-cü qızı ərə gedir - FOTO

22-10-2013, 19:30

İlin toyu başlanacaq: sultanın 4-cü qızı ərə gedir - FOTO

 

İlin toyu başlanacaq: sultanın 4-cü qızı ərə gedir - FOTO

 

İlin toyu başlanacaq: sultanın 4-cü qızı ərə gedir - FOTO

 

İlin toyu başlanacaq: sultanın 4-cü qızı ərə gedir - FOTO

 

 
 
Sabah ilin ən dəbdəbəli, bahalı və möhtəşəm toylarından biri başlanacaq. İndoneziya sultanı 10-cu Hamengkubuvononun dördüncü qızı Qusti Ratu KanjenqHayu ərə gedir.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 29 yaşlı şahzadə Qusti 39 yaşlı Kanjenq Panqeran Haryo Notoneqoro ilə ailə qurur.
Sultanın sonbeşiyi Qusti ilə Panqeran ABŞ-da, universitetdə təhsil almağa başladıqları zaman tanış olublar. 10 illik tanışlıqdan sonra onlar evlənmək qərarına gəliblər və bu qərarın gerçəkləşməsinə sultan icazə verib.

Sultanın Kraton sarayının "Bangsal Keputren" səmtində "Siraman" mərasimi keçirilib.
Sultanın qızı hazırda Nyu-Yorkda yaşayır və təzə bəylə birlikdə Birləşmiş Millətlər Təşkilatında çalışır.
Bəylə gəlin və onları müşayiət edənlərin 12 kral karetası ilə yollanacağı toya 750 qonaq dəvət olunub. Saraydakı toydan sonrakı ziyafətə 1500 qonaq çağırılıb.

Sabah başlanacaq toya çəkilən xərcin məbləği açıqlanmır. Lakin İndoneziya mediası bildirir ki, Kraton sarayındakı toy ilin ən bahalı toyu olacaq.
1948-ci ildə doğulmuş sultan həm də əyalət qubernatorudur.


Oxunub: 1 678

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.