dunyatv.az
CANLI YAYIN

Gənc müğənninin mənzildə meyiti tapılıb - FOTO

20-12-2013, 11:47


 

Əslən lənkəranlı olan gənc müğənni İdrak Heydərov 28 yaşında dünyasını dəyişdi. DunyaTv.Az mediainfo-ya istinadən xəbər verir ki, o, ayın 16-sı kirayə yaşadığı Xırdalan qəsəbəsindəki evində çimərkən dəm qazından boğulub. Huşunu itirən İdrak yerə yıxılıb və başı divara dəyib. Onun həyatla vidalaşmasına səbəb də məhz bu olub. 

Hadisə ilə bağlı İdrakın qardaşı bildirib: "Hələ də şokdayıq. Necə oldu bu hadisə? İdrakı Lənkəranda dəfn etdik, atasının yanında. Bir il bundan qabaq atamızı da maşın vurdu, bu nə bəladır? İnanın, çox çətindir. Bu hadisəni Bakıda yaşayan qardaşlarım ilk olaraq rayona - bizə xəbər verdilər. İdrak Xırdalanda kirayədə qalırdı, çox sevirdi sənətini. Bütün günü mahnılar yazırdı. Allahın qismətidir, arzusu ürəyində qaldı. Bu gün isə üç mərasimi idi. Sevdiyi qız var idi, 28 yaşında subay olaraq dünyasını dəyişdi. Allah rəhmət eləsin".

Xatırladaq ki, İdrak vaxtı ilə "Toy olsun"un iştirakçısı olub.
 
 

Gənc müğənninin mənzildə meyiti tapılıb - FOTO

 


Oxunub: 768

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.