dunyatv.az
CANLI YAYIN

Pensiyaçılara şad xəbər

20-12-2013, 11:26

Pensiyaçılara şad xəbər 

Dövlət Sosial Müdafiə Fondu respublikanın bütün şəhər və rayonları üzrə əmək pensiyalarının maliyyələşməsini vaxtından əvvəl başa çatdırıb. 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Anspress-ə verilən məlumata görə, dekabr ayında respublikanın bütün şəhər və rayonları üzrə əmək pensiyalarının maliyyələşməsini vaxtından əvvəl başa çatdırıb. Dekabr ayı üzrə pensiyaların maliyyələşməsi üçün DSMF-nin mərkəzi xəzinə hesabından tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi dekabrın 20-də yekunlaşıb. Qarşıdan gələn 31 dekabr- Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramına qədər bütün pensiyaçılar öz pensiyalarını ala biləcəklər. 

DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Ümumilikdə başa vurmaqda olduğumuz il ərzində əmək pensiyalarının maliyyələşdirilməsi vaxtında həyata keçirilib, pensiyaların hər ay üzrə əhaliyə çatdırılması təmin olunub.


Oxunub: 1 053

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.