dunyatv.az
CANLI YAYIN

Yeni BMW M5 və M6 - FOTO

22-10-2013, 21:00

"BMW” şirkəti M5 və M6 variantlarının tüninqi üçün aksessuarlar paketi hazırlayıb. "M Performance” tüninqinin zavod dəstinə yeni xarici detallar, təkər diskləri və texniki hissənin yaxşılaşdırılması üçün bəzi hissələr daxildir.
 

Yeni BMW M5 və M6 - FOTO

 

Yeni BMW M5 və M6 - FOTO

 

Yeni BMW M5 və M6 - FOTO

 

Yeni BMW M5 və M6 - FOTO

 

Yeni BMW M5 və M6 - FOTO

 

Yeni BMW M5 və M6 - FOTO

 

Yeni BMW M5 və M6 - FOTO

 

 
 
Dunyatv.Az Auto.az-a istinadən bildirir ki, sedan M5 və M6-nın hər üç variantına (kupe, kabriolet və dörd qapılı kupe) uyğun olan tamamlama proqramını "BMW”-nin bütün diler mərkəzlərində və tərəfdaş şirkətlərin avtoservislərində sifariş vermək olar.
 
Qara parlaq radiator barmaqlığı, ənənəvi "BMW Motorsport” xətləri və aerodinamik asılqanın karbon lifindən hazırlanmış hissələri (baqaj qapağının spoyleri və arxa bamperin 3-qabırğalı diffuzoru) bavariya idman avtomobillərinin eksteryerini fərdiləşdirməyə kömək edir.
 
Bundan əlavə avtomobil sahibləri arxa görünüş güzgülərinin karbon korpus, rəngsiz arxa fənərlər və milləri arasından karbon-keramik əyləc sistemi görünən 20-düymlük təkər diskləri əldə edə bilərlər.
 
Adi variantdan 10 kq yüngül olan titandan hazırlanmış dörd borulu "Akrapovic” qaz buraxma sistemi 4.4-litrlik turbolaşdırılmış "səkkizliyin” səsini yaxşılaşdıracaq. Bu zaman adi variantda 560 a.g. və 650 Nm maksimal fırlanma anı verən mühərrikin gücünün artacağı barədə məlumat verilmir.
 
"M Performance” paketi almış sportkarların salonu paslanmayan poladdan olan pedallar və üzərində "BMW Motorsport” loqotipi yazılmış döşəmə xalıları ilə bəzənəcək. Müştərilər həmçinin karbondan olan dekorativ detallar, üzərinə dəri və alkantara çəkilmiş idman sükanı və s. ala bilərlər.


Oxunub: 1 476

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.