dunyatv.az
CANLI YAYIN

Sumqayıt Dövlət Universitetinin iki prorektoru tutduğu vəzifədən azad edildi

20-12-2013, 11:51

Sumqayıt Dövlət Universitetinin iki prorektoru tutduğu vəzifədən azad edildi

DunyaTv.Az Sumqayitxeber.com istinaden xəbər verir ki, bu gün Təhsil nazirinin müavini Ceyhun Bayramov Sumqayıt Dövlət Universitetində keçirilən iclasda iştirak edib. İclasda bildirilib ki, Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə Elxan Hüseynov SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub və SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq Elxan Hüseynova həvalə edilib.

Sumqayitxeber.com-a daxil olan məlumata görə Nadir Qəhrəmanov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onu müvəqqəti olaraq əvəz edən Tədris işləri üzrə prorektor Əkbər Ağayev və universitetin elmi işlər üzrə prorektoru Yadigar Hüseynov öz ərizələri ilə vəzifədən uzaqlaşdırılıb.

Məlumatı dəqiqləşdirmək üçün Sumqayıt Dövlər Universitetinin mətbuat katibi ilə əlaqə saxladıq. Metbuat katibi prorektorların öz ərizəsi ilə vəzifəsindən azad edildiyi faktını təsdiqlədi.


Oxunub: 1 319

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.