dunyatv.az
CANLI YAYIN

Sus ღ

20-12-2013, 12:20

 

Sus... Əlindən başqa nə gəlirki? Üsyanın heç bir faydası yoxdu. Çapalasanda, doğruları gostərsəndə sus. Danışma. Dinləmirlər. İndi insanlar öz səslərini belə dinləmirlər. Qış gəldikcə şəhər susqunlaşır, bozlaşır. Dumanlardan tanışların sifətini belə tanımaq olmur. 
Onu çoxmu sevirsən?
Məndən getdiyi qədər... 
Soyuqdanmıdır, nədəndirsə gedirlər. İsti dəyərdən bezib gedirlər. Qaytarmağa çalışmaq, başqalarında axtarmaq yorğunçuluq gətirir. Mesajları təkrarən oxumaqda heçnə vermir. Onsuzda getdiyiniz yolda yetərincə xatirəniz var. Birdə evdə üzülməyin. Yollar, mahnılar, şəkillər sizi yetərincə üzür. Birdə mesajları oxumayın. Biraz uzağa gedin deyəcəm, getməklə yenidən başladırsan hər şeyi, darıxırsan. Buda çarə deyil. Getmək hər nə qədər çıxış yolu kimi görünsədə çarə deyil... Son gülüşü yadınızdadır? Yəqinki hə. Bax, o gülüşü heç unutmayacaqsınız...
Ən azından ola bilər ki, gecələr eyni mahnıya qulaq asırsız, ən azından hələdə bir ümid, hələdə bir ortaq cəhət var. Var... Otaqda susqundu, telefon desən saatlarla səssizdə. Masada bir neçə dağılmış dəftər, yarım qalan mövzular. Heç açılmamış pərdə. Günəşdən uzaq, havadan uzaq, dostlardan uzaq...
Çoxmu canın yandı ?
Dua et, bəlkə Tanrı bağışlar sizi
Təsadüflərə söymə yazılan qanunlar pozulsaydı, indi ölümsüz olardıq. Bir meyvəyə qurban gedən dünyadan qalıcı heçnə gözləməmək lazım. Amma sən biraz daha qalsaydın kaş biraz daha. Sadəcə biraz...
Mən nə susmanı istədim, nədə getməyini. Getməyidə, susmağıda səndən öyrəndim. İndi hər olub bitənə susuram, çünki sətirlər yorğundu...


Oxunub: 951

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.