dunyatv.az
CANLI YAYIN

Orta məktəblərdə qış tətili günlərinin vaxtı açıqlandı

20-12-2013, 15:18

 

 Təhsil Nazirliyi beş və altı günlük orta məktəblərdə qış tətili günlərinin vaxtını açıqlayıb. Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 11.12.2013-cü il tarixli 339 nömrəli qərarına uyğun olaraq, ümumtəhsil məktəblərinin iş və tətil günləri müəyyənləşdirilib.

Belə ki, beş günlük iş həftəsi ilə işləyən məktəblərdə qış tətili dekabrın 29-dan yanvarın 6-na qədərdir. Həmin məktəblərdə I yarımilin son dərs günü dekabrın 28-i, II yarımilin ilk dərs günü yanvarın 7-sidir.

Altı günlük iş həftəsi ilə işləyən məktəblərdə dekabrın 30-dan yanvarın 6-na qədər qış tətilidir. 

Həmin məktəblərdə I yarımilin son dərs günü dekabrın 29-na,  II yarımilin ilk dərs günü isə  yanvarın 7-nə təsadüf edəcək.


Oxunub: 1 269

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.