dunyatv.az
CANLI YAYIN

Bu günün hava proqnozu

23-10-2013, 11:00

[/b]

 

 
[b]Oktyabrın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat 
dunyatv.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Temperatur gecə 9-12°, gündüz 18-23°, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-85, gündüz 60-65 faiz təşkil edəcək.
 
 
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacaq.
Temperaturun gecə 3-7°, gündüz 14-19° isti olacağı gözlənilir.
 
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-6° , gündüz 12-17° isti olacaq.
 
 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 5-9°, gündüz 18-23° isti olacağı gözlənilir.
 
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacaq.
Temperaturun gecə 4-9°, gündüz 13-18° isti, dağlarda gecə 0° -4°, gündüz 8-13° isti olacağı ehtimalı var.
 
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. 
Temperatur gecə 9-14°, gündüz 19-24° isti olacaq.
 
 
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-12°, gündüz 17-22° isti, dağlarda gecə 1-6°, gündüz 11-16° isti olacaq.


Oxunub: 1 023

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.