Moskvada azərbaycanlı öldürüldü

 Dekabrın 15-də Rusiya paytaxtındakı "Moskva" mehmanxanasının yaxındığında Şirvan sakini Süleymanov Elşən Adil oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb.

Onun avtomobilini də əlindən alan cinayətkarlar hadisə yerindən uzaqlaşıblar. 
Məlumatı Musavat.com-a onun həyat yoldaşı Ruhiyyə Süleymanova verib. Onun sözlərinə görə, hücuma məruz qalan Elşən Süleymanov Moskvada Sklifosovski adına xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və yaralı bir neçə gün koma vəziyyətində qalıb. Elşən Süleymanov dekabrın 19-da dünyasını dəyişib.
Mərhum soydaşımızın ailə üzvləri Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ediblər. Diplomatların araşdırması nəticəsində məlum olub ki, Moskvanın hüquq-mühafizə orqanları faktla bağlı cinayət təqibinə başlamayıblar.
Mərhum Elşən Süleymanovun həyat yoldaşı onu da bildirir ki, hadisənin baş verdiyi əraziyə müşahidə kameraları vasitəsilə nəzarət edilir.
Bu gün səhər saatlarında Elşən Süleymanovun nəşinin Bakıya gətiriləcəyi gözlənilir.
Elşən Süleymanov Moskvada ailəsi ilə yaşayıb. O, iki qız atası idi.
 
  • Müəllif: Asef
  • Tarix 21-12-2013, 11:30
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 722
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac