dunyatv.az
CANLI YAYIN

Daha Bugatti Veyron olmayacaq

23-12-2013, 12:05

 Əfsanəvi Bugatti Veyron öz tarixinin sonuna yaxınlaşır:
şirkət kupe və rodsterlər də daxil olmaqla istehsal üçün planlaşdırılmış 450 nüsxədən 400-cüsünü satıb. Bu xüsusi Grand Sport Vitesse Jean-Pierre Wimille versiyası oldu və onu Yaxın Şərqdən olan adı çəkilməyən müştəri 2,13 milyon avroya alıb. Bu haqda Auto Express bildirir.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu maşın "Əfsanələr" sırasına aid olan altı xüsusi mikroseriyadan birincisidir. O, fransız yarışçısı Jan-Pyer Vimillə həsr edilmişdir. 1937 və 1939-cu illərdə Vimill Bugatti avtomobillərində "24 saat Le-Man" marafonunda qalib gəlmişdi.
 
Daha əvvəl bildirildiyi kimi, Veyron modelinin varisi prinsipial olaraq yeni model olacaq. Mümkündür ki, o belə dinamik olmasın, amma texniki cəhətdən daha müasir olacaq. Onun hibrid güc qurğusuyla təchiz edələcəyi də mümkündür.


Oxunub: 653

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.