Boksçularımızdan növbəti möhtəşəm qələbə

Boksçularımızdan növbəti möhtəşəm qələbə

İdmançılarımız Rusiyadan Vətənə 8 medalla qayıdıblar

Rusiyanın Xanti-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub.

Azərbaycan Boks Federasiyasından Qaynar.info-ya verilən məlumata görə, komandamız turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.

56 kq çəki dərəcəsində mübarizə aparan Tural Əhmədov finalda yerli boksçu Murad Arslanovu məğlub edərək 1-ci yerə layiq görülüb.

Abdulqadir Abdullayev də (91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Baku Fires" klubunun üzvü həlledici döyüşdə Çin idmançısı Vei Fenq üzərində qələbə qazanıb. Qeyd edək ki, A.Abdullayev yarımfinalda belaruslu Leonid Çernobayevi 1-ci raundda nokauta salmışdı.

64 kq çəki dərəcəsində mübarizə aparan Lorenso Sotomayor yerli boksçu Georgi Lizunenko ilə qarşılaşmada üstün olsa da, hakimlər qələbəni rəqibə veriblər.

Batraz Qurtsiyev də (81 kq) yarışı gümüş medalla başa vurub. Boksçumuz finalda yerli komandanın üzvü Eduard Əbdürrəhmanova uduzub.

Rüstəm Musayev (49 kq), Nəsrəddin Məmmədov (60 kq) Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev (91+kq) isə bürünc medalla kifayətləniblər
  • Müəllif: Guler
  • Tarix 23-12-2013, 10:50
  • Bölmə: Xəbərlər / İdman
  • Baxılıb: 763
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac