dunyatv.az
CANLI YAYIN

Bakının mərkəzində ağır qəza

23-12-2013, 11:35

Dekabrın 22-də saat 21:35 radələrində Bakının mərkəzində ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, "Azdrama”nın qarşısındakı dairədə Daewoo Nexia markalı avtomobil yol hərəkəti qaydalarını pozaraq, dairəyə əks istiqamətdən girib. Bu zaman dairədə hərəkətdə olan "Mercedes” markalı 90-LL-507 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Daha sonra Daewoo Nexia VAZ 21015 markalı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
 
Hadisədən sonra Daewoo Nexia-nın sürücüsü olay yerindən qaçıb. DYP əməkdaşlarının bildirdiyinə görə, hazırda həmin sürücü axtarışdadır.
 
Qəzadan sonra ərazidə nəqliyyatın hərəkəti məhdudlaşıb və böyük tıxac əmələ gəlib.
 
Tıxac DYP və PPX əməkdaşlarının səyi ilə aradan qaldırılıb


Oxunub: 730

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.