dunyatv.az
CANLI YAYIN

Bulvar işçiləri gücləndirilmiş iş rejiminə keçir

23-12-2013, 11:32

Yeni il şənlikləri ilə əlaqədar Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejiminə keçir. Bu barədə Hafta.az-a İdarənin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi 28 dekabr 2013-cü ildən 2 yanvar 2014-cü ilədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Həmin günlərdə bulvarda istirahət edən və şənlənən vətəndaşların təhlükəsizliyinin qorunması üçün əlavə tədbirlər görüləcək.
N.Məmmədov əlavə edib ki, Yeni il şənlikləri ilə əlaqədar dekabrın 25-dən etibarən Bakı Bulvarında 10 yerdə yolka bəzədiləcək. Hər bir ağacın yanında isə bir Şaxta Baba və Qar Qız olacaq: "Yeni il ərəfəsində başqa yeniliklərin də olacağı gözlənilir. Amma hələlik bu barədə məlumat vermirik ki, sakinlər üçün sürpriz olsun".

Uşaqlar üçün pulsuz attraksionların və digər əyləncələrin təşkili məsələsinə gəlincə, N.Məcidov qeyd edib ki, bununla bağlı hələlik yekun qərar verilməyib: "Ola bilsin ki, uşaqlar üçün pulsuz əyləncə aksiyası Yeni il ərəfəsində deyil, yanvar ayında olsun".


Oxunub: 844

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.