dunyatv.az
CANLI YAYIN

Şaxta Baba öldü

23-12-2013, 11:35

Şaxta Baba öldü 

Rusiyanın Yakutsk şəhərində Şaxta Baba kimi geyinmiş yeməkxana əməkdaşı Yeni il şənliyində ölüb. Lent.az-ın yerli polisə istinadən məlumatına görə, 41 yaşlı şəxs mərasimdən sonra istirahət üçün uzanıb və keçinib.

 

Həyat yoldaşı bildirib ki, əri tədbir başa çatdıqdan 2 saat sonra dünyasını dəyişib.

 

Sosial şəbəkələrdə onun ağzı yapışqan lentlə kleylənmiş halda tapıldığı bildirilir. Şaxta Babanın qusmaqdan boğularaq öldüyü ehtimal olunur. Lakin bu versiya təsdiqlənməyib. Hələlik rəsmi səbəb açıqlanmır.

 

Qeyd edək ki, bir neçə il öncə oxşar hadisə Moskvada baş verib. Yeni il kostyumunda olan kişinin meyitini tikinti firması yaxınlığından tapıblar. Həmin ölümə kəskin ürək çatışmazlığı səbəb göstərilib.

 


Oxunub: 793

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.